Azərbaycanda ana ölümlərinin əsas səbəbi açıqlandı

2017-ci il ərzində Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib.

Milli.Az bildirir ki, bu barədə oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, ana ölümlərinin əsas səbəblərdən biri daxili qanaxmalar, preeklampsiya və onun fəsadlaşmaları olub.

"Hamilələr sosial-bioloji (ananın yaşı 18-dən aşağı, 40-dan yuxarı, atanın yaşı 40-dan yuxarı, bədən çəkisinin artıq olması, zərərli vərdişlər),  mama-ginekolojı anamnezinə görə, yəni doğuşların sayı dörd və artıq, təkrarı abortlar, sonsuzluq, induksiya olunmuş hamiləlik, inkişafdan qalmış hamiləlik, qeysəriyyə kəsiyi əməliyyatı olan hamilələr, ailədə genetik xəstəliyi olan hamilələr, rezus-konflikti olan hamilələr risk qrupuna aiddir. Bu da ana ölümlərinin başverməsinə səbəb ola bilər".

Baş mama-ginekoloq  qeyd edib ki, eyni zamanda, ana ölümləri ekstragenital xəstəliklər( ürək-damar sisteminin xəstəlikləri, qan xəstəlikləri, sidik-ifrazat sisteminin xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, epilepsiya, endokrinopatiya, onkoloji xəstəliklər, kəskin və xroniki infeksiyaları olan hamilələr və s) görə risk qrupuna daxil olunur:

"Bu qruplara daxil olan hamilələrə fərdi protokol üzrə əlavə qulluq tələb olunur".

Saglamolun.Az