Zob xəstələri bunları yeməməlidir

Zob xəstəliyi Azərbaycanda yayılmış xəstəliklərdən biridir.

Bunun səbəbi ölkəmizin bəzi bölgələrində yodun çatışmazlığıdır.

Qalxanabənzər vəz orqanizmdə çox vacib rol oynayır, bir çox proseslərə təsir edir. Vəzin normal fəaliyyəti üçün yod lazımdır. Yodun əskikliyi zamanı qalxanabənzər vəz böyüməyə başlayır. Böyümüş vəz xalq arasında "zob" adlanır. Elmdə bu pozulmanın adı "hipotireoz"dur. 

Zob xəstəliyi zamanı həkim xəstəyə müəyyən dərmanları təyin edir. Dərmanlardan əlavə qidalanmada bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, hipotireoz xəstələri ödemlərə (şişkinlik) meylli olurlar ki, bu səbəbdən onlara çoxlu maye içmək olmaz (1,5 l qədər). Kran suyunun  tərkibində olan xlor yodun mənimsənilməsini pozur. Bu səbəbdən krandan su içmək olmaz, içdikdən əvvəl suyu mütləq filtrdən keçirmək və qaynatmaq lazımdır.    

Həmçinin zob xəstələri üçün bəzi qida məhsullarının qəbulu arzuolunmaz sayılır. Sizə bu məhsulların siyahısını təqdim edirik:

- Paxlalı bitkilər  (noxud, mərci, lobya, soya).

Saglamolun.az bildirir ki, bu məhsulların tərkibində olan "izoflavon" maddələri qalxanabənzər vəzinin hormonlarının ifrazını azaldır.

- Kələmin bütün növləri, ağ və qırmızı turp.

Bu tərəvəzlərin tərkibində olan "izotiosianat" maddələri vəzin funksiyasını azaldır.

- Turşular, konservalar, hisə verilmiş məhsullar, yağlı kolbasa və sosis, mayonez.

- Marqarin

- Spirtli içkilər

Bu içkilərin orqanizm tərəfindən mənimsənilməsi zamanı çoxlu miqrdarda T3 və T4 (qalxanabənzər vəzinin hormonları) sərf olunur. Bu isə hipotireoz zamanı yolverilməzdir.  

- Yağlı ət və içalat, yağlı bulyon, xaş. Zob xəstələrində damarlarda xolesterinin yığılması, damarların kirəcləşməsi riski çox böyükdür ki, bu vəziyytətdə xolestrinlə zəngin olan yağlı məhsulları yemək olmaz.   

- Tort, pirojna və s. şirniyyatlar. Həm yağ, həm də şəkərlə zəngin olan bu məhsullar ateroskleroza meylli olan zob xəstələrində damarların tutulması problemini daha da artırır.

- Yalnız yodlaşdırılmış duzdan istifadə olunmalıdır. Duzun qəbulunu da normaya qədər azaltmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı bu normanı təyin edib - gün ərzində 1 ç.q. duz. Nəzərə almaq lazımdır ki, gizli duz istənilən hazır məhsulların, hətta şirniyyatların tərkibində var.   

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Afaq Səfərova

Afaq Səfərova

Pediatriya

Pediatr Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Vüsalə Hüseynova

Vüsalə Hüseynova

Psixoloq

Psixoloq İş stajı – 7 il

Ətraflı...

 


Яндекс.Метрика