Dekabr ayının 1-i və 2-də növbəti geomaqnit qasırğası gözlənilir.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib ki, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq. Meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir. Diskomfort xeyli artacaq.
Maraqlıdır, yaxın vaxtlarda baş verəcək geomaqnit qasırğasının insanların səhhətlərinə mənfi təsirləri nədən ibarətdir və bundan necə qorunmaq olar?
Suallarımızı cavablandıran Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Sherg.az”a bildirib ki, geomaqnit qasırğalarının baş verəcəyi günlər insanlar diqqətli olmalıdır:
"Geomaqnit qasırğalar, güclü küləklər, kəskin hava şəraiti həssas insanlara pis təsir göstərir. Bu kimi hava şəraitləri ürək-damar, təzyiq, beyin qan dövranında pozuntu olan və nervoloji xəstələrdə əks təsirlər yaradır. Ona görə də, dekabr ayının 1və 2-də geomaqnit qasırğa olan zaman səhətində problemləri olan insanlar özlərini qorumalıdırlar. Yəni onlara daha çox ev şəraitində, qapalı yerlərdə olmaları, açıq hava ilə çox təmas qurmamaları məsləhətdir”.
Saglamolun.Az