Alüminium folqa ilə bu ağrılardan azad ola bilərsiniz

Alüminium folqa mətbəxdə tez-tez istifadə olunan materiallar arasındadır. İstiliyədavamlı məhsul olan alüminium folqa mətbəxdə işi xeyli asanlaşdırır. Ümumiyyətlə qida saxlamaq üçün istifadə olunur. Bundan əlavə, balıq, ət, toyuq və tərəvəz kimi qidalar alüminium folqa içərisində bişirilir.

Bəs siz xəstəliklərə qarşı alüminium folqa istifadə edə biləcəyinizi bilirsinizmi?

Yorğunluqdan ağrıya və şişkinliyə qədər bir çox sağlamlıq problemini alüminium folqa ilə sağalda bilərsiniz.

Bədəninizdə ağrıyan bölgəni alüminium folqa ilə bükərək sağalda bilərsiniz.

Ağrılı nahiyəyə folqa rulon şəklində sarıyın və 8-12 saat bu şəkildə saxlayın. Bunu 10-12 gün ərzində hər gün etsəniz, əzələ ağrılarınızın azaldığını və ya hətta yox olduğunu görə bilərsiniz.

Amerikalı tədqiqatçılar deyirlər ki, həkimlər təzə yanıqları folqa ilə müalicə edir və bu kifayət qədər uğurlu olur.

Ağrıları azaldan alüminium folqa yorğunluğunuzu da aradan qaldıra bilər.

İllərdir bu məqsədlə istifadə edilən və son dərəcə təsirli olan alüminium folqa yorğunluğunuzu atmaq üçün dondurucuya qoyulmalı və bir müddət gözlədikdən sonra üzünüzə yapışdırılmalıdır.

Üzünüzlə eyni uzunluqda bir neçə alüminium folqa zolağı kəsin və yatmazdan əvvəl folqa zolaqlarını dondurucuya qoyun.

Səhər oyandığınız zaman bu zolaqları üzünüzə və göz altı nahiyəsinə qoyun və təxminən 1 saat gözləyin. Yəqin ki, üzünüzdəki bütün şişkinliyin azaldığını görəcəksiniz.

Sevinc Hüseynova 

Saglamolun.Az