Poliorqan çatışmazlığından əziyyət çəkən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişiyə həyat yoldaşının böyrəyi köçürülüb. Böyrək transplantasiyası əməliyyatını Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan icra edib.
RMDM-dən AZƏRTAC-a bildiriblər ki, xəstə böyrəklə yanaşı, kompensasiya formasında qaraciyər çatışmazlığından da əziyyət çəkib. Eyni zamanda, resipiyentin damarları anatomik cəhətdən əməliyyat üçün o qədər də uyğun olmayıb. Vəziyyətin bütün çətinliyinə baxmayaraq əməliyyat uğurla yekunlaşıb. Hazırda köçürülmüş böyrəyin fəaliyyəti qənaətbəxşdir, xəstədə qaraciyər çatışmazlığı da geriləyib.
Saglamolun.Az