Tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlu vəfat edib.
Oxu.Az-ın məlumatına görə, onun ölümünə səbəb ürəyində yaranan problem olub.
Məlumat üçün bildirək ki, prodüser 2014-cü ildə ürək əməliyyatı keçirib. Onun ürəyinə stent qoyulmuşdu.
N.Emiloğlu xeyli müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, N. Emiloğlu bir çox xarici müğənninin Azərbaycanda konsertlərini təşkil edib.
Saglamolun.Az