Mədəni xəstə edən 5 PİS VƏRDİŞ

Mədə-bağırsaq sistemi xəstəlikləri bütün dünyada ən yayılmış xəstəliklərdəndir. İldən ilə bu xəstəliklərə tutulmuş insanların sayı artır. Bunun əsas səbəbi bizim pis vərdişlərimizdir. Bu vərdişlər arasında:

1. Çoxlu çay içmək

Çay çox faydalı içkidir. Lakin həddindən artıq çox miqdarda içildikdə bu içki sağlamlığımıza ziyan vura bilər. Büzücü maddələrlə zəngin olan çayın çoxlu miqdarda qəbulu mədənin selikli qişasına mənfi təsir edir.

2. Çox isti qida və içkiləri qəbul etmək

Çox isti qida və içkilər qida borusunun və mədənin sağlamlığı üçün olduqca ziyanlıdır.

3. Çox ədviyyatlı qidaları qəbul etmək

Az miqdarda ədviyyatlar çox faydalıdır. Onların güclü iltihab, mikrob və xərçəng əleyhinə xüsusiyyətləri var. Lakin çox ədviyyatlı qidalar mədənin selikli qişasını qıcıqlandırır, mədənin sağlamlığına ziyan vurur.

4. Yeməkdən əvvəl əlləri yumamaq

Sübut olunub ki, qastrit və mədə xorası kimi yayılmış xəstəliklərin əsas səbəbi "Helikobakter pilori" adlı bakteriyadır. Yeməkdən əvvəl əlləri yumaqla biz özümüzü orqanizmə bu mikrobun düşməsindən qoruya bilərik.

5. Fast-fud qidalarına üstünlük vermək

Fast-fud qidaları ilə daim qidalanan insanlarda mədə-bağırsaq problemlərinin əmələ gəlməsi riski çox yüksək olur. Bu qidalar ziyanlı kanserogen (xərçəng əmələ gətirən) transyağlarla bişirilir. Dadını və iyini daha xoş etmək üçün bu qidaların hazırlanmasında müxtəlif kimyəvi əlavələr istifadə olunur.

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

HƏKİMLƏR

Samirə Məlikova

Samirə Məlikova

Pediatriya

Pediatr İş stajı – 17 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...
Məhəmməd Davudov

Məhəmməd Davudov

Üz-çənə və baş-boyun cərrahiyyəsi

Üz-çənə və baş-boyun cərrahı Əmək stajı - 16 il

Ətraflı...

 


Яндекс.Метрика