6 yaşlı qız xəstə atasına baxır - Fotolar

Çin mediasının yaydığı məlumata görə, 40 yaşlı Tian Haicheng yüksək sürətlə idarə etdiyi taksini xəndəyə salaraq qəza keçirib.

Hadisədən sonra iflic qalan ata, 7 il birgə yaşadığı həyat yoldaşı tərəfindən tərk edilib. Böyük oğulunu da özü ilə aparan arvadı, kiçik qızı və ərini tək qoyub.

Atasına qulluq edən balaca qız - Jia əvvəllər nə etməli olduğunu bilmirdi, atasının saqqalını təraş edərkən səhvən üzünü kəsirdi. İndi isə atası "canım ağrımır" deyir. Jia artıq onu üzünü çox gözəl təraş edir.

6 yaşlı Jia hər səhər məktəbə getməmişdən əvvəl atasını sümük ağrılarına görə masaj edir. Sonra atasının dişlərini fırçalayır və üzünü yuyur.

Balaca qız canlı verilişlər edib videolarını ictimai mediaya yükləyərək pul da qazanır. O, qazandığı pulun bir qisimini təhsili üçün, bir qisimini də atasının xərcləri üçün istifadə edir.

Saglamolun.Az