Загрузка...

Mayonez haqqında həqiqət

Hal-hazırda mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartdıqda istifadə edirlər. Mayonezin dadı bizim çoxumuzun zövqünə o qədər xoşdur ki, biz hiss etmədən ondan "süi-istifadə etməyə" başlayırıq.

Beləliklə, bizim pərəstiş etdiyimiz mayonez xeyirli məhsuldur yoxsa ziyanlı?

Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70-80 % olmalıdır. Bizim supermarketlərimizdə satılan mayonez heç də hər zaman bu standartlara uyğun deyil.

Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Malın etiketini diqqətlə oxuyaraq Siz lazım olan məlumatları ala bilərsiniz.

Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir. Təəssüf ki, hal-hazırda mayonezlərin çoxusunun tərkibində bu xeyirli yağ yox, modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb.

Belə yağların mayonezin tərkibində olub-olmadığını necə bilmək olar? Bu sualın cavabını mayonezin etiketində tapa bilərsiniz. Əgər məhsulun tərkibində "yüksək keyfiyyətli bitki piyi" ("высококачественный растительный жир") varsa, deməli, burada təbii bitki yağından söhbət gedə bilməz. Onun yerini bu konkret məhsulda kimyəvi modifikasiya olunmuş yağlar tutur ki, bu yağların molekulları təbiətdə yoxdur.

Belə mayonezi əlavə olunmuş qida mədə-bağırsaq traktında çox çətinlikdə həzm olunur ki, onun fermentləri trans-piylərinin molekullarını parçalamaq iqtidarında deyillər. Nəticədə onlar orqanizmdən xaric edilmir və qara ciyərdə, mədəalti vəzidə, damarların divarlarında xolesterin yığınları şəklində yığılır.

Bu təhlükə "yüngül" mayonezləri sevənlər üçün daha realdır. Vaxt keçdikcə belə mayonezlərə olan "sevgi" ateroskleroz, artıq çəki, endokrin problemləri, ürəyin işemik xəstəliyi  və s. problemlərə gətirib çıxara bilər.

Hətta mayonez keyfiyyətli, təbii bitki yağı ilə hazırlanmış olarsa, ondan tez-tez istifadə etmək olmaz. Hər şey qədərində lazımdır.

Trans-piylərdən əlavə mayonezə emulqatorlar da əlavə olunur ki, mayonezin konsistensiyası uzun müddət ərzində həmcins qalsın. Bu emulqator şəklində tez-tez soya lesitini istifadə olunur. Soya paxlalı bitkilərə aid olan bitkidir. Lakin hal-hazırda bütün dünyada daha tez-tez qenetik səviyyəsində modifikasiya olunmuş (dəyişdirilmiş) soyadan istifadə olunur ki, orqanizmə mənfi təsir edə bilər və bu təsir hətta bir neçə nəsldən sonra özünü göstərə bilər.

Mayonezdə dad gücləndiriciləri də istifadə olunur. Bunlar kimyəvi maddələr olub mədə-bağırsaq sisteminə mənfi təsir edir. Uşaqlar, hamilə qadınlar, yaşlılar, qastrit, mədə xorası, pankreatit xəstəliyi olan insanlar üçün dad gücləndiriciləri tam əks-göstərişdir. Dad gücləndiricilərin mənfi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu maddələr məhsula alışma yaradır.

Mayonezin tərkibinə daxil olan konservantlar da orqanizm üçün ziyanlı maddələrdir. Onların bir çox hissəsi orqanizmdə yığılır. Bu səbəbdən də mayonez seçərkən saxlama müddəti daha az olan məhsula üstünlük verin.

Bütün yuxarıda qeyd olunanlar bizə belə bir nəticəyə gəlməyə imkan yaradır - mayonez  heç də xeyirli məhsul deyil və onun qidalarda təz-tez istifadə edilməsi səhhətimizdə mənfi nəticələrə gətirib çıxara bilər.

Əgər Siz mayonezsiz həyatınızı təsvir edə bilmirsinizsə, bu halda ev şəraitində hazırlanan mayonezin resepti ilə tanış olun.

Yumurta – 4 dənə
Zeytun yağı - ½ l
Şəkər tozu – 1 ç.q.
Duz – 2 ç.q.
Xardal - 2 ç.q.

Üzüm sirkəsi – 2 x.q.
Qara istiot - zövqə görə

Yumurtanın sarısını ağından ayırın və xardal, duz və istiotla yaxşı-yaxşı çalın. Sonra çalmağı davam edib kütləyə damcılarla zeytun yağını əlavə edin. Kütləyə yağın 1/3 hissəsi daxil edəndən sonra yağı nazik şırnaqla tökmək olar.

Axırda kütlə həmcins və qatı olmalı, qabın divarlarından asanlıqla ayrılmalıdır. Bundan sonra mayonezə sirkə ələvə etmək lazımdır.

Ev şəraitində hazırlanan mayonezi soyuducuda 72 saat ərzində saxlamaq olar.

Nuş olsun!


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 CHINARE 12.03.2013 13:10
melumata gore cox sagolun
#2 Melek 24.04.2013 19:57
cox sag olun.uzumden baska sirke olmaz?
#3 Administrator 25.04.2013 04:00
Hörmətli Mələk xanım!
Mayonezin reseptində üzüm sirkəsi istifadə olunur. Lakin digər sirkəni də sınaya bilərsiniz.
#4 Anar Rüstəmov 12.10.2013 20:11
Salam. Saytınızla yeni tanış oldum və ilk olaraq mayonezlə bağlı hazırladığınız məqaləni oxudum. Belə bir məqalə hazırladığınız və insanları maarifləndirdiy iniz üçün təşəkkür edirəm. Sağlam qidalanma xüsusən də ətrafımdakı və yaxın gələcəkdə daha geniş kütləni məlumatlandırma ğa başlayacaq bir şəxs kimi sizə bu olduqca vacib və savabı bol işinizdə uğurlar arzulayıram.

loading...
.

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика