Bu qarışım damarları təmizləyir, immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir və sinir sisteminə faydalı təsir göstərir.
Sağlamolun.az həmin resepti təqdim edir:
2 ədəd portağal və limon götürüb yuyun. Toxumlarını çıxarıb ətçəkən maşında doğrayın. Nəticədə alınan kütləni bir şüşə qaba qoyun və üzərinə 2 xörək qaşığı təbii bal əlavə edin. Daha sonra soyuducuya qoyun.
Qarışımı 2 çay qaşığı olmaqla bir ay ərzində yeməkdən əvvəl istehlak edin.
Saglamolun.Az