Mənim xəstəliyim çox qısqancdır. Görəndə ki, işimdə gücümdəyəm, əzizlərimin əhatəsindəyəm və bunu heç saymıram, başlayır özün göstərməyə ki, mən də varam, mənə də vaxt ayır.
Big.az xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən vəkil Zülfiyyə Bayramova sosial şəbəkə hesabından bildirib:
"Mən də məcburən dünənimi onunla keçirdim. İndi isə evə gedirəm və yenə də, əzizlərim, sizinləyəm. Həmişəki kimi sizin sabahınızı bax belə gülərüzlə salamlayıram. Şükür Allaha ki, bizə gözəl günlər nəsib edir. Allah bu günümüzü də xeyirli və uğurlu günlərdən etsin. Sizi sevirəm".
Saglamolun.Az