Həftədə neçə dəfə ət yemək olar? Həkim tövsiyələri


Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir. Ət insan orqanizmi üçün həyati vacib olan züllların mənbəyidir.

Zülallar orqanizmin əsas tikinti materialıdır. Bu səbəbdən zülallar orqanizmə lazım olan miqdarlarda daxil olmadıqda, bu bir çox sistem və orqanlarda pozulmalara yol açır. Zülalların çatışmazlığı immun sistemini zəiflədir.

Digər çox vacib məsələ. Orqanizm üçün ən vacib maddələrdən biri olan dəmir də digər məhsullarla müqayisədə ətdən qat-qat yaxşı mənimsənilir. Dəmir hemoqlobinin tərkibinə, hemoqlobin isə qanın qırmızı qan hüceyrələri olan eritrositlərin tərkibinə daxildir. Eritrositlərin əsas funksiyalardan biri orqanizm boyu oksigenin daşınmasıdır. Bu funksiyanı hemoqlobin yerinə yetirir. Orqanizmdə dəmir çatmırsa, bu funksiya pozulur. Bu isə dəmirdefisitli anemiyaya səbəb olur.

Zülallar və dəmirdən əlavə ətdə müxtəlif digər orqanizm üçün çox vacib olan maddələr var - vitaminlər (A, D, E, B qrupu), minerallar (kalium, fosfor, maqnezium, mis, kalsium, sink, yod və s.), yağlar, karbohidratlar və s.
Beləliklə, ətdən biz orqanizm üçün çox vacib maddələri alırıq.

Lakin alimlərin son araşadırmaları sübut edir ki, ətin həddindən artıq çox miqdarda qəbulu orqanizm üçün ziyanlıdır. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı qırmızı əti kanserogen (xərçəng əmələ gətirən) maddə kimi qəbul etdi. Alimlərin fikirinə görə, ətin çoxlu miqdarlarda qəbulu həzm sistemi xərçənginin riskini xeyli artırır.
Həkimlərin fikirinə görə, qırmızı əti (mal, dana, qoyun əti) həftədə 2-3 dəfə yemək kifayətdir. 1 porsiya 100-150 qr olmalıdır. Ət suda və ya buğda bişirilməlidir (qızardılmış şəkildə olmaz).


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nəzmin Musayeva

Nəzmin Musayeva

Plastik cərrahiyyə

Plastik Estetik cərrah İş stajı - 10 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...
Məhəmməd Davudov

Məhəmməd Davudov

Üz-çənə və baş-boyun cərrahiyyəsi

Üz-çənə və baş-boyun cərrahı Əmək stajı - 16 il

Ətraflı...

 


Яндекс.Метрика