Panamada 27 yaşlı gənc müəllimə yaşadığı mənzilin eyvanında effektli selfi çəkməyə cəhd edərkən yıxılaraq ölüb.
Virtualaz.org "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qadın çoxmərtəbəli yaşayış binasının 27-ci mərtəbəsindən yıxılıb.
Hadisə şahidləri baş verənləri videoya çəkməyə macal tapıblar.
Qeyd olunur ki, iki uşaq anası olan gənc qadın Panamaya Portuqaliyadan köçüb və yerli məktəbdə müəllimə işləyirmiş.
Saglamolun.Az