Portağalın xeyri və pəhrizi...

Vitamin, mineral, mikroelement və digər maddələrlə zəngin olan portağal haqda yəqin ki çox məqalə oxumusunuz.

Amma, bu gün biz sizə onun ən xeyirli tərəflərindən və bu meyvənin köməyi ilə arıqlamaq üçün pəhrizdən söz edəcəyik.

Portağalın orqanizmə xeyri...

1.Xərçəng xəstəliyinin inkişafının qarşısını alır

2.Qan təzyiqini aşağı salır

3.Ürək-damar sisteminin işlək vəziyyətini qoruyub saxlayır

4.İmmun sistemi bərkdir

5.Xolestirinin səviyyəsini aşağı salır

6.İnfeksiyalardan qoruma, sümük və dişlərin sağlamlığını təmin etmək və bir sıra digər xeyirli xüsusiyyətlərini  sadalamaq olar.

Bununla bərabər şəkər xəstələri  və mədə bağırsaq sistemində problemi (mədə yarası, onikibarmaq bağırsaq,qastrit) olan insanlara ehtiyatlı olmaq məsləhət görülür. Hər bir qidada olduğu kimi, portağalı da qədərində yemək  məsləhətdir. Gün ərzində  1 -2 meyvənin orqanizmə ziyanı olmadığını düşünürük.

İndi isə söz verdiyimiz kimi, portağal pəhrizini sizə təqdim edirk.

Həftənin 5 günü 3 həftə ərzində bu xeyirli meyvədən yeyəcəyik.  Portağal sevənlər təsdiq edirlər ki, bu yolla 10 kq azaltmaq mümkündür. Həmçinin bilin ki, portağal orqanizmi təmizləyərək vitamin c tərkibli olduğu üçün onu müxtəlif xəstəliklərdən qoruyur. Bu menyu həftənin 5 günü üçün nəzərdə tutulub.


Səhər

Nahar

Şam

1-ci gün

 

 

Portağal,suxari, süd və şəkərsiz çay/qəhvə.

 

portağal, suda bişmiş yumurta 2 st.yoqurt və ya qatıq, 2 suxarik.

2 suda bişmiş yumurta, 2 pomidor, kahi və suxari.

2-ci gün

portağal, pomidor, mal əti (125  qr.), 1 st. yoqurt və suxari.

3-cü gün

portağal, yağsız ət (125 qr.), suxari və 1 st.yoqurt.

4-cü gün

Yağsız kəsmik (125qr.), pomidor, suxari, xiyar.

Mal əti (125qr.), 2 pomidor, alma və suxari.

5-ci gün

Yağsız balıq (125 qr.), pomidor, kahı,1 st.yoqurt və ya qatıq, suxari.

Pomidor, suda bişmiş yumurta və kahı.

6 və 7-cü günlər isə şəxsi menyu tərtib edin. Çox yeməyərək, kiçik porsiyalarla gündə 5 dəfə olmaqla əsasən meyvə tərəvəz, buxarda bişirilmiş ət və ya balıq məsləhət görülür. Un məmulatları və yağlı yeməkləri mümkün dərəcədə istifadə etməyin.

Amma unutmayın allergiyalı insanlara və mədə-bağırsaq sitemində problemi olanlara bu pəhriz qadağandır!


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

 


Яндекс.Метрика