Tibb üzrə Nobel mükafatına layiq görülmüş amerikalı Ceyms Ellison və yapon Tasuku Honjo immun sisteminin neqativ fəaliyyətinin qarşısını almaqla xərçəng xəstəliyinin müalicə yolunu tapıblar.
Milli.Az bildirir ki, Stokholmdakı Karolin İnstitutunun nəzdindəki Tibb üzrə Nobel Komitəsinin açıqlamasında belə deyilir.
Ceyms Ellison xərçəngin immun terapiyası üzrə mütəxəssis və immunoloq, Texas Universitetinin nəzdindəki M.C.Andersen adına Onkologiya Mərkəzinin professorudur.
Tasuku Honjo isə çoxsaylı mükafatların laureatı, immunoloq, Yaponiyadakı Kioto Universitetinin professorudur. O, xərçəngin inkişafının qarşısını almaq üçün istifadə edilə biləcək zülal aşkarlamışdı.
İnsanın immun sistemində şiş hüceyrələrinə hücuma imkan verən anadangəlmə bacarıqdan yararlanan T. Honjo və C.Ellison xərçəngin terapiyasının tam yeni prinsipini aşkarlayıbloar. Onların immun sistemində üzə çıxardıqları zülal bu sistemin əyləci kimi fəaliyyət göstərir. Alimlər xərçənglə mübarizəyə yeni immun hüceyrələrini sövq etmək üçün bu hüceyrəni bloklamanın yollarını tapıblar.
Builki Nobel mükafatının məbləği 9 milyon kron və ya təqribən 1 milyon dollardır.
Sabah fiziki üzrə Nobel mükafatının, oktyabrın 3-də kimya üzrə, oktyabrın 4-də Nobel sülh mükafatının, oktyabrın 5-də isə iqtisadiyyat üzrə Nobel mükafatının laueratlarının adları açıqlanacaq.
Saglamolun.Az