“Ümumiyyətlə, bütün dünyada süni, geni dəyişdirilmiş qidaların qəbulu, ekologiyanın çirkləndirilməsi, streslər, çoxlu sayda monitorların, mobil telefonun, televizorun, kompüterin və s. həyatımıza müdaxiləsi gözlə bağlı müxtəlif xəstəliklərin artmasına rəvac verir”.
Bunu Moderator.az -a açıqlamasında tanınmış oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur deyib. P.Qəlbinur insanlarda yaşlanarkən gözün zəifləməsi kimi xəstəliklərin daha çox müşahidə olunduğunu bildirib:
“Gözün zəfiləməsinə süni işıqlar da mənfi təsir edir. Bütün dünyada gözdə yaşla bağlı xəstəliklər daha çox müşahidə olunur. Gözün içində sarı ləkə var və onda problem olan zaman gözün zəifləməsi baş verir. Biz uşaq vaxtı kənd yerində uzaqlara baxardıq. İndi hara baxırsan qarşına bir bina çıxır və ondan o yanı görmürsən. Və ya otaqda oturanda hər tərəfin divarlarla əhatə olunur. Bu da gözün zəifləməsinə səbəb olur”.
Saglamolun.Az