Yaşlı insanlarda tez-tez müşahidə edilən bu xəstəlik üçün aparılan araşdırmalar nəticə verməyə başladı.
Sadə bir göz müayinəsi sayəsində, Alzheimerin erkən mərhələlərində diaqnoz qoymaq mümkün olacaq.
Deyerler.org bildirir ki, yeni araşdırmalara görə, Alzheimer xəstəliyinin əlamətlərini göz cihazları ilə yoxlamaq mümkündür. Daha əvvəl istifadə edilən təcrübələrin bahalı və çətin olması, bu yeni texnikanın qısa müddətdə istifadə edilməyə başlanacağını göstərir.
Alzheimer xəstəliyi yaddaş itkisi və beynin inkişafdan düşməsinə gətirib çıxaran bir beyin ziyanı olaraq təyin oluna bilər. Xəstəliyin bilinən simptomlarının təxminən iki il əvvəlindən etibarən, beyində bir sıra hissəciklər və zülallar yığılmağa başlayır. Mütəxəssislər; bu maddələri göz qişası üzərindən müşahidə edərək, risk altında olan fərdlərin daha erkən müddətdə diaqnoz edilə biləcəyini düşünürlər. Həkim Bliss E.O'Brayhim belə danışdı: "Araşdırmadan gözlədiyimiz, beyində Alzheimerin inkişafına səbəb olacaq anormal zülalların yığıldığını daha erkən fərq etməkdir".
Saglamolun.Az