Azərbaycanda məktəblər sentyabrın 15-i işə başlayır. Bunu BBC News Azərbaycancaya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
"15 sentyabr bilik günüdür. Bu bütün məktəblərdə qeyd olunacaq, yəni, həm beşgünlük, həm də altıgünlük dərs həftəsi olanlar bu mərasimdə iştirak edəcəklər.
Ancaq altıgünlük dərs həftəsi olanlar elə həmin gün dərsə başlayacaqlar. Digərləri isə sentyabrın 17-də dərsə gələcəklər", cənab Valehov bildirib.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq.
Ümumtəhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq.
Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 500-dən çox ərizənin onlayn qeydiyyatı aparılıb.
2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.
Saglamolun.Az