Загрузка...

BU İÇKİ xərçəng xəstəliyi yaradır - Müştərilər XƏBƏRDARLIQ EDİLƏCƏK - FOTO

ABŞ-da qəhvəxanalar qəhvə içkisinin tərkibində təhlükəli kanserogen maddə olan akrilamidin mövcudluğu haqqında ziyarətçilərə xəbərdarlıq etməyə məcbur edilə bilər.

Publika.az xəbər verir ki, bu haqda “Science Alert” nəşri bildirib.

Hazırda belə iddiaya Kaliforniya məhkəməsində baxılır. İddia Zəhərli Maddələrin Öyrənilməsi üzrə Şura tərəfindən qaldırılıb. İddiaçılar təkid edirlər ki, ziyarətçilər qəhvənin potensial təhlükəsi haqqında bilməlidir.

Qeyd edək ki, akrilamid məhsulların termik emalı zamanı yaranan kimyəvi birləşmədir. O, təhlükəli kanserogen maddə kimi tanınıb. Hələ 15 il əvvəl keçirilmiş sınaqlar tərkibində akrilamid maddəsi olan sudan istifadə etmiş gəmiricilərdə xərçəngin inkişaf etdiyini göstərib.

Zəhərli Maddələrin Öyrənilməsi üzrə Şura hesab edir ki, kanserogen maddə qəhvə dənlərinin qızardılması zamanı yarana bilər. Qəhvəxanaların nümayəndələri isə təkid edirlər ki, qızardılmış dənlərdə akrilamidin payı o qədər azdır ki, sağlamlıq üçün heç bir təhlükə yaratmır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /860

Яндекс.Метрика