Yenidən xəstəxanaya yerləşdiriləcəm - Xalq artisti

Xalq artisti Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında xanəndə özü xəbər verib. O bildirib ki, müalicələri davam edir:

"İndi daha yaxşıyam. Həkim deyir ki, hər şey yaxşılığa doğru gedir. Bu ayın ortalarında yenidən xəstəxanaya yerləşdiriləcəm. Müalicə olunmalıyam. Get-gedə sağalıram".

Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. Xanəndə bir neçə ildir ki, müalicə alır. O, martda verdiyi solo konsertdən sonra böyük səhnə ilə vidalaşdığını bildirib.

Saglamolun.Az