Mədə xərçəngi ən təhlükəli və çətin müalicə olunan xərçəng növlərindən sayılır.
Mədə xərçənginin əsas səbəblərindən biri Helicobacter pilori bakteriyası sayılır. Bu bakteriya həmçinin mədə xorası və qastritin inkişafına da səbəb olur. Mədə xorası və mədə polipləri xərçəngönü xəstəliklər sayılır ki, bu xəstəliklərin fonunda mədə xərçənginin inkişafı riski çox yüksəkdir.
Saglamolun.az АиФ nəşrinə istinadla bildirir ki, yaxın qohumları (ata, ana, bacı, qardaş, nənə, baba) arasında mədə xərçənginin olması da risk faktoru sayılır. Belə insanlar öz sağlamlığına qarşı diqqətli olmalı və müntəzəm olaraq profilaktik müayinələrdən keçməlidir.
Qeyri-sağlam qidalanma, spirtli içkilərdən istifadə mədə xərçənginin riskini artıran faktorlardandır.
Mədə xərçənginin əsas simptomları bunlardır:
- Yeməkdən sonra mədədə köp (simptom daim təkrarlanır, qidanın növündən asılı deyil)
- Hətta az miqdarda qida qəbulundan sonra doyma hissinin əmələ gəlməsi
- Güclü və daim təkrarlanan mədə qıcqırması
- Ürəkbulanması
- Mədə nahiyəsində keçməyən ağrılar
- Yeməkədən sonra qusma, gecikmiş mərhələlərdə qanlı qusma
- Kəskin arıqlama
- Keçməyən səbəbsiz yorğunluq
Saglamolun.Az