Nəzarətsiz qalan uşaq dərman içdi — Xəstəxanalıq oldu

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

Report.az xəbər verir ki, rayonun 2014-cü il təvəllüdlü Qaraxanlı kənd sakini Məmmədzadə Tural Azər oğlu yaşadığı evdə nəzərətsiz olduğu zaman bilmədən dərman içərək zəhərlənib.

Valideynləri tərəfindən xəstəxanaya aparılan uşağa tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Uşağın hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Saglamolun.Az