Məktəbli çantası alarkən diqqətli olun! - VİDEO

 

Övladlarını məktəbə yola salmağa hazırlaşan valideyinlər artıq dərs ləvazimatlarını almağa başlayıblar.

Bu ləvazimatlar arasında isə çanta xüsusi yer tutur.

Çünki yanlış seçilmiş çanta uşağın səhhətində problemlər yarada bilir...

Xezerxeber.az bildirir ki, mütəxəssislər deyirlər ki, çantanın ağırlığı uşağın bədən çəkisinin maksimum onda biri qədər olmalıdır.

Həkim İradə Hacıyeva deyir ki, uşaqlar məktəbə getməzdən əvvəl vertebrioloq müayinəsindən keçməlidirlər. Onun sözlərinə görə, uşaqların inkişaf dövrlərində uyğun olmayan çantalardan istifadə gələcəkdə başda onurğa əyriliyi olmaqla, ciddi sağlamlıq problemləri yarada bilər.

Həkim deyir ki, məktəbli çantası seçərkən yalnız dizaynı deyil, həkimlərin tövsiyyələrini də nəzərə almaq vacibdir.

Saglamolun.Az