Uşaqlıq daxili spiral kimlərə olmaz?

Uşaqlıq daxili spiral kimlərə uyğun deyil?

  • Menstruasiya düzənsizliyi varsa
  • Menstruasiya qanaması çox olarsa
  • Uşaqlığın içində arakəsmə(septum) varsa
  • Uşaqlıq boşluğunda mioma varsa
  • Kiçik çanaq orqanlarının infeksiyon xəstəlikləri olarsa

Hormonlu spiral kimlərə olmaz?

  • Hamilə olanlar
  • Vaginal qanama varsa
  • Uşaqlıq boynu xərçəngi riski
  • Süd vəzi xərçəngi riski
  • Kiçik çanaq infeksiyası olarsa
  • Qaraciyər xəstəliyi və şişi olarsa
  • Hormonlu spiralda olan hormona qarşı allergiya olarsa

Düşük və abortdan sonra spiral nə vaxt qoyula bilər?

Düşükdən bir ay sonra görülən aybaşıda spiral istifadə edilə bilər, ya da uşaqlıq daxilinin təmizliyindən əmin olduqda düşükdən dərhal sonra spiral yerləşdirilə bilər. Düşük sonrasında abort olunubsa ya da istəkli olaraq hamiləliyi sonlandırmaq üçün edilən abortlardan dərhal sonra spiral qoyula bilər. Bəzən abortdan dərhal sonra spiral qoyulmur və bir həftədən sonra qoyulur. Bunun səbəbi uşaqlıq içərisində parçanın olmadığından əmin olmaqdır. Abortda bir ay sonra görülən aybaşı dövründə də spiral qoyulur.

Spiral istifadə etmək olmaz?

  • Anadangəlmə uşaqlıq anomaliyaları
  • Spiral kəskin kiçik çanaq infeksiyon xəstəliklərində, kəskin servisit və vaginit zamanı
  • Son üç ayda doğuşdan sonrakı endometrit və ya septik abort keçirən xəstələr
  • Cinsi yolla ötürülən xəstəliklər baxımından risk qrupunda olanlar
  • Genital aktinomikoz zamanı
  • Aktiv viral hepatit olanlarda progesteron hormonu olan spiral istifadə edilməməlidir.
  • Qaraciyər xəstəliyi, siroz və qaraciyər şişi olanlarda hormonlu spiral istifadə edilmir.
  • Mis spiralların qəbul edilən digər dərmanlarla qarşılıqlı əlaqədə olmur.
  • Hormonal (progesteron) olan spirallar nadir hallarda dərmanlarla əks göstəriş ola bilər (xüsusilə hormonal preparatlar)
  • Özü və ya partnyoru çox tərəfdaşlı olanlar spiral istifadə etməməlidirlər. Çünki bu cütlüklər cinsi yolla ötürülən xəstəliklər baxımından risk qrupundadırlar.
  • Misə alergiyası olan insanlar və Wilson xəstəliyi olanlarda spiral istifadə edilmir.
  • Bilinən və ya şübhəli döş xərçəngi olan xəstələrdə hormonal spiral istifadə edilməz.

 

Saglamolun.Az