Загрузка...

Xərçəngdən əziyyət çəkən Zülfiyyədən xəbər var

Xərçəngdən əziyyət çəkən hüquqşünas, aparıcı Zülfiyyə Bayramovaya həyat yoldaşı İlqar Mikayıloğlu ilə Türkiyəyə yola düşüb.

Axşam.az bildirir ki, o, müayinə üçün İstanbula getdiyini söyləyib. Zülfiyyə yola düşməzdən əvvəl izləyiciləri ilə bunları paylaşıb. O, xərçənglə mübarizə aparıb, ona qalib gələcəyini bildirib:

"Kimsəyə borclu olmağı sevmirəm. Heç sevmirəm... Sənə borcum var, qisas borcum. Ölən anamın, oğul toyu görməyən bacımın, muradına çatmayıb ömrü yarıda qalan gənclərin, körpə balalarını doya-doya sevə bilməyən gəlinlərin, cavan övladlarını torpağa vermiş anaların, ana sevgisini dadmamış anadan yetim qalan körpələrin, bu dünyanın ağı ilə qarasını seçməyə imkan tapmayan balaların qisası. Mən sənə canımı yox, bu qisas borcumu verəcəm.

Allahımın köməyi ilə sən mənimlə nə oyun oynasan da, ürəyimdən Allah sevgisini, dilimdən şükürü ala bilməyəcəksən. Sən şeytana qulluq edib canlar alacaqsan, mən Allahıma güvənib səndən qisasımı alacam. Buna az qalıb, o qisasdan sonra isə hamını sənə qarşı qaldıracam. Beləcə, hər kəs səndən öz qisasını alacaq və sən yox olub gedəcəksən. Bir qrip qədər dəyərin qalmayacaq".


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика