Hamiləliyi təyin edən qan analizi

Bəzən hamiləliyi təyin etmək üçün həkim qadına qan analizini təyin edir. Bu analizlərin arasında ən populyar olanı qanda xorionik qonadotropin (XQ) hormonunun səviyyəsini təyin edən analizdir.

Xorionik qonadotropin hamilə qadının qanında olan və hamiləliyin müddəti artdıqca yüksələn hormondur (hormon hamiləliyin təxminən 11-12 həftəsinə kimi yüksəlir, sonra tədricən enir).

Adətən xorionik qonadotropinin qanda artması hamiləliyə işarədir. Lakin bəzən hamilə olmayan qadınlarda və bəzən də kişilərdə bu hormonun səviyyəsi yüksəlmiş olur. Bu halda analiz yenidən verilməlidir. Məsələ burasındadır ki, bu hormonun səviyyəsi müxtəlif xərçəng xəstəliləri (yumurtalıqların xərçəngi, süd vəzilərinin xərçəngi, mədə xərçəngi və s.) zamanı da yüksəlmiş olur.

Apteklərdə satılan hamiləlik testləri sidikdə məhz bu hormonun olub-olmamasını təyin edir. Lakin sidikdə bu hormonun izləri qan analizi ilə müqayisədə daha gec tapılır. Qan analizi daha dəqiq sayılır. Bu analiz çox nadir hallarda yanlış nəticə verə bilər.

Bundan əlavə qan analizi bu hormonun dəqiq göstəricilərini təyin etməyə imkan verir. Bu halda hamiləliyin müddətini, hamiləliyin normal inkişaf etdiyini və ya etmədiyini, bəzi risk faktorlarını təyin etmək mümkün olur.

Orta hesabla mayalanma günündən təxminən 11 gün keçdikdə xorionik qonadotropinin səviyyəsi hamilə qadınlarda artıq yüksəlmış olur. Beləliklə, əgər qadın mayalanma gününü dəqiq bilirsə, 11 gündən sonra bu analizi verə bilər.

Analizin nəticələri ginekoloqda şübhə yaratdıqda 1 həftədən sonra həkim təkrar analiz təyin edir. Bu halda hormonun səviyyəsi müəyyən normalara uyğun olaraq yüksəldikdə, bu hamiləlikdən xəbər verir. Hormonun səviyyəsi eyni səviyyədə qaldıqda və ya aşağı endikdə, bu o deməkdir ki, hamiləlik yoxdur. Təkrar analizi eyni laboratoriyada vermək lazımdır!

Normada kişilərdə və hamilə olmayan qadınlarda XQ səviyyəsi 0-5 mlU/ml təşkil edir. Klimaks zamanı qadınlarda bu göstərici bir qədər artmış ola bilər.

Hamiləlik zamanı qadınlarda XQ-nin göstəriciləri müxtəlif ola bilər. Burada əsas göstərici deyil, hormonun hamiləliyin müddəti artdıqca daim artmasıdır (bu hamiləliyin təxminən 11-12-ci həftəsinə kimi baş verir).

Bəzən qadınlarda XQ çox aşağı və ya əksinə yuxarı səviyyədə təyin olunur. Hormonun normadan aşağı olması təhlükəli simptomdur. Bu uşaqlıqdan kənar hamiləlikdən, hamiləliyin inkişafdan qalmasından və ya uşaqsalmanın riskindən xəbər verə bilər.

Əksinə isə hormonun səviyyəsi normadan artıqdırsa, bu çoxdöllü hamiləlikdən, hamiləliyin bəzi patologiyalarından, uşaqda Daun sindromunun riskinin artmasından xəbər verə bilər.

Hər bir halda (hormon normadan aşağı və ya yuxarı səviyyədə olduqda), eyni laboratoriyada təkrar analiz verilməlidir.

Nəzərinizə çatdıraq ki, tərkibində bu hormonu olan dərmanlar (onlar sonsuzluğun müalicəsində istifadə olunur) analizin nəticələrinə təsir edə bilər. Digər dərmanlar (o cümlədən, hamiləlik əleyhinə istifadə olunan preparatlar) nəticəyə təsir etmir. 

Mənbə: www.mygynecologist.ru

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
Vüqar Rəsulov

Vüqar Rəsulov

Qastroenterologiya

Qastroenteroloq İş stajı – 18 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика