Загрузка...

Uşaq arabaları körpələrin həyatı üçün təhlükədir

Uşaq arabalarının gözlənilməz təhlükəsi aşkar edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Böyük Britaniyanın alimlərinin fikrincə, uşaq arabasında uzanan uşaqlar havadan daha çox zəhərli maddələr qəbul edirlər. Çünki uşaq arabaları yerə və avtomobillərin tüstü borularına daha yaxındır.

Uşaqların orqanizmi inkişaf mərhələsində olduğu üçün çirkli hava onlara daha çox zərər verir.

Alimlər hesablayıb ki, uşaqlar arabada yerdən 0,5-0,8 metr hündürlükdə olur. Çirkli təbəqə isə yerdən 1 metr hündürlükdə olur. Buna görə də, uşaqlar onları gəzdirən valideynlərindən 60 faiz çox zərərli maddələrlə nəfəs alır. Bu, uşaqların immun sisteminə və beynin inkişafına təsir edir.

Mütəxəssislərə görə, ən təhlükəli yerlər işıqforların yaxınlığı və ictimai nəqliyyat üçün dayanacaqlardır. Yol hərəkətinin az olduğu yerlərdə hava daha təmiz olur.


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика