Загрузка...

Dünyada ilk dəfə: üzünü məhv etmiş qızın siması bərpa olundu - VİDEO - FOTO

"Həyatım üçün ikinci şansım vardı. Tanrıya və həkimlərə minnətdaram ki, o şansdan yararlana bildim".

21 yaşlı amerikalı Keti Stubbfild dünyada üz transplantasiyası əməliyyatına məruz qalmış ən gənc insandır.

Milli.Az National Geographic-ə istinadən bildirir ki, 2014-cü ilin mart ayında, 18 yaşı olanda Keti qardaşının Missisipidəki evində, vanna otağında intihar etmək istəmişdi.

O, tüfəngin lüləsini üzünə dayayaraq atəş açmışdı.

İntiharın səbəbi Ketinin ağır depressiyada olması idi. Çünki 2013-cü ilin ortalarından başlayaraq Keti Stubbfild mədə-bağırsaq sistemindəki fəsadlarla bağlı bir neçə dəfə əməliyyat olunmuşdu. Daha sonra Ketinin valideynləri işdən qovuldular, işsiz qaldılar. Bütün bunlar azmış kimi Ketinin sevgilisi də onu tərk etmişdi.

İntihar cəhdindən sonra sağ qalan Keti üç hospitalda müalicə olunub. Son 4 il ərzində o, 22 ağır və mürəkkəb əməliyyatlara məruz qalıb.

Son əməliyyat isə dünyaca məşhur Klivlend klinikasında gerçəkləşdirilib. Bu klinika ABŞ-da üz transplantasiyası sahəsində lider mövqe tutub.

Əməliyyatda Ketiyə 31 yaşlı Adrea Şnayderin üzü transplantasiya olunub. Həddən artıq narkotik maddə qəbul etdiyinə görə keçinmiş A.Şnayderin müxtəlif orqanları indiyədək 7 nəfərə transplantasiya olunub.

Klivlend klinikasında 11 cərrahın iştirak etdiyi əməliyyat 31 saat davam edib. Bu zaman virtual reallıq və ZD çapı texnologiyalarından istifadə olunub.

22 yaşlı Keti Stubbfildin yaşam hekayəsi "National Geographic" jurnalının sentyabrda satışa çıxarılacaq sayında "The Story of a Face" məqaləsində əks olunacaq.


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика