Soyuqdəymədən qorunmaq üçün mütləq bu şorbadan içməlisiniz

Soyuq havalarda xəstələnmək istəmir, yaxud da xəstəliyi yüngül keçirmək istəyirsinizsə, menyunuza toyuq şorbasını daxil edin.

Publika.az xəbər verir ki, toyuq suyu soyuqdəyməyə qarşı əsl şəfa mənbəyidir. Toyuq şorbasının içərisində olan maddələr xəstəliklə mübarizə aparan immun hüceyrələrinin sintezini artırır.

Araşdırmalar göstərir ki, toyuq suyu insan vücudunda hüceyrələrin böyüməsi və bərpası üçün lazım olan zəngin amin turşusu qaynağıdır. Amin turşusu mövsüm ərzində bədəni soyuqdəymə və digər xəstəliklərə qarşı qoruyur.

Soyuqdəymə zamanı insan çox tərləyir ki, bu da orqanizmdə susuzlaşmaya səbəb ola bilər. Belə vəziyyətdə daha çox maye qəbul etmək lazımdır. Bu baxımdan toyuq suyu şorbası insanların su ehtiyaclarını qarşılayır və həmçinin toksik maddələrin bədəndən çıxarılmasına kömək edir.

Toyuq suyu boğaz ağrısını azaldır, bəlğəmin nəfəs yollarından çıxmasını asanlaşdırır.

Bədənə enerji verən toyuq suyuna müxtəlif tərəvəzlər əlavə etdikdə onun faydası ikiqat çoxalır.

Saglamolun.Az

............




loading...

 

 

 

Bel və oynaqlarda ağrılar var? - AERTAL kremi
Загрузка...

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика