Birləşmiş Krallığın Vels əyalətində yaşayan Hermion Koks Denninq adlı qız nadir xəstəliyə tutulub.
Axşam.az bildirir ki, 18 yaşlı Hermion dünya nadir yayılan "Yatmış gözəl" adı ilə tanınan (əsl adı isə Kleyne-Levin sindromu) xəstəlik üzündən yatarkən oyana bilmir.
Koks yatarkən ən azı 3 gün yuxuda olduğunu bildirib.
Gənc qız xəstəliyi haqda bunları deyib:
"İlk dəfə yuxuya gedərkən bir həftə oyanmamışdım. Ancaq yeməyə, tualetə getməyə durub, yenidən yatmışam. Evdəkilər mənim qrip olduğumu düşünüblər. Amma sonra yenə bu hal təkrarlandıqda artıq bunun bir xəstəlik olduğunu öyrəndik. Xəstəliyim səbəbi ilə dərslərimdən də çox vaxt geri qalıram".
Saglamolun.Az