Dodaqlarına dolğu etdirən qadın peşman olduğuna görə digər qadınları diqqətli olmağa çağırıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Derbişir qraflığında yaşayan 24 yaşlı Jessica Bennett (Cessika Bennet) adlı qadın dodaq şişirtmə həvəsininin qurbanı olub. Belə ki, qadının dodaqlarına mikrob düşüb və dodaqlar eybəcər forma alıb.
"Səhər yuxudan ayılanda gördüm ki, dodağımdan çirk gəlir. Anladım ki, infeksiya düşüb. Dodaqlarım çox pis forma almışdı. Ördəyə oxşadım".
İkinci dəfə əməliyyata girən qadının dodağındakı dolğu çıxarılıb, antibiotik vurulub.
Saglamolun.Az