Teleşoulardan birini izləyən amerikalı cərrah-otolarinqoloq Erix Voyqt qadın iştirakçısının boynunda şübhəli asimmetriyanı hiss edib.
Qadının boynunda kiçik şiş görünürdü.
ABC News-a müsahibə verən həkim bildirib ki, şiş onun diqqətini çəkib və o, dərhal başa düşüb ki, bu çox ciddi problem ola bilər.
Verlişdə nə qadının adı, nə də onun haqqında hər hansı digər məlumat yox idi.
Saglamolun.az xəbər verir ki, həkim Facebook-da verlişdən olan parçanı yerləşdirib və dostlarına bu qadını tapmağa xahiş edib.
Nəticədə qadın sosil şəbəkənin köməyi ilə tapılıb. 32 yaşlı Nikol Makqinnes bundan əvvəl beyin xərçəngi keçirib, lakin həkimlər qadının boynunda olan şişi görməyiblər.
Doktor Erix Voyqt qadınla əlaqə saxlayıb və ona USM və biopsiyadan keçməyi tövsiyə edib. Müayinələr nəticəsində qadında qalxanvari vəzi xərçəngi aşkar olunub.
Növbəti müraciətdə həkim "Facebook-un və mərhəmətli insanların heyranedici gücünü" qeyd edib.
Saglamolun.Az