Hansı sitrus meyvəsi ən faydalıdır?

Soyuq fəsillərdə sitrus meyvələri bizi lazım olan vitamin və minerallarla təmin edir.

Bütün sitrus meyvələri çox faydalıdır. Lakin onların arasında da öz çempionu var. Hansı sitrus meyvəsi ən faydalı sayıla bilər? Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə sitrus meyvələrinin “reytinqini” təqdim edir.

1. Portağal. Bu meyvədə C vitamini digər sitruslarla müqayisədə daha çoxdur. Həmçinin A vitamininin miqdarına görə də portağal çempiondur.

2. Limon. C və A vitaminləri portağalla müqayisədə daha azdır. Lakin limon sitron maddəsi ilə zəngindir ki, bu maddə C vitamininin mənimsənilməsini yaxşılaşdırır və orqanizmdən toksinləri xaric edir.

3. Mandarin. C vitamini portağaldan 2 dəfə az olsa da, A vitamini portağalla demək olar eynidir. Həmçinin mandarinin tərkibində nadir maddə xolin var. Xolin beyinin fəaliyyətinə müsbət təsir edir, orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salır.

4. Qreypfrut. C vitamininə görə mandarini geridə qoysa da limon və portağala uduzur. A vitamini bu meyvədə mandarindən 3 dəfə azdır. Lakin qreypfrut digər sitrus meyvələri ilə müqayisədə allergiyaya daha az hallarda səbəb olur.   

Saglamolun.Az




loading...

Yaz və payızda ən yayılmış KOKSAKİ virusu və onun müalicəsi

 

 

 

 
loading...

HƏKİMLƏR

Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...

 


Яндекс.Метрика