Qızmar isti özünü göstərir: 14 nəfəri gün vurub



İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə bağlı müraciət edənlərin sayı 14 nəfər olub.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərə tibbi yardım göstərib:

“Onlar arasında xəstəxanaya yerləşdirilən olmayıb”.

Baş həkim qeyd edib ki, insanlar günvurmadan qorunmaq üçün günorta vaxtlarında açıq havada gəzməməlidirlər.

Saglamolun.Az