Çayı qaynar içənlərə XƏBƏRDARLIQ

Qaynar çay təhlükəli xəstəliyin yaranmasına səbəb ola bilər, içki içən və siqaret çəkənlərdə bu vərdiş xüsusi təhlükəlidir.

Faktxeber.com bildirir ki, çinli alimlərin gəldiyi nəticə Annals of Internal Medicine jurnalında dərc olunub.

Tibb işçiləri 9 il ərzində  30-79 yaş arası 456 min insanın  səhhətinə  və qida-qəbulu vərdişini izləyiblər. Bu müddət ərzində onlarda 1731 qida borusu xərçəngi aşkarlanıb.

Alimlər müəyyən ediblər ki, belə onkologiya qaynar çaydan əlavə mütəmadi azı 15 qram içki  içənlərdə 5 dəfə, siqaret çəkənlərdə isə 2 dəfə artıq görünüb.

Araşdırma müəllifləri hesab edir ki, temperaturu 65 dərəcədən yüksək olan içkilər  daxili orqanlara  termik travmalar vurur, bu da onkoloji xəstəliklər rsiqini artırır. Buna görə, onlar qaynar çay içənlərə, xüsusən də eyni anda içki və ya siqaret çəkilirsə, xəbərdarlıq ediblər.

Qeyd edək ki, bundan əvvəl alkoqol istifadəsinin bağırsaq, süd vəzi, qida borusu, qırtlaq, qaraciyər, ağız boşluğu və udlaq xərçəngi risqini artırdığı barədə ÜST hesabat yaymışdı.

Saglamolun.Az

............




Загрузка...
Загрузка...
loading...

 

 

Saglam qida və əziyyətsiz arıqlama
Загрузка...

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 6 il

Ətraflı...

 


Яндекс.Метрика