Загрузка...

Bakıda 18 aylıq körpənin qida borusundan ilişib qalmış 10 qəpik belə çıxarıldı - VİDEO

18 aylıq uşaq 10 qəpiklik udub. Həkimlərin vaxtında müdaxiləsi uşağı böyük risqdən xilas edib.

Dünən Bakıda baş verən hadisəni sizə təqdim edirik

Xezerxeber.az bildirir ki, valideyn diqqətsizliyi az qalsın uşağın ölümünə səbəb olacaqdı. Ani bir diqqətsizlik yaş yarımlıq uşağın qəpik udmasına gətirib çıxarıb.

Hadisə dünən Bakı şəhərində baş verib. Uşağın vaxtında xəstəxanaya çatırılması onunhəyatını xilas edib.

Heç bir zədələmə olmadan həkim tərəfindən həmin qəpik qida borusundan çıxarılıb.

Həkim Habil Hüseynov valideynləri belə risqlərlə qarşılaşmamaq üçün diqqətli olmağa səsləyir. Onun sözlərinə görə, xüsusən 2-3 yaş altı uşaqlar yad cismlərdən maksimum şəkildə qorunmalıdır. Çünkü bu yaş qurupu uşaqlar əşyaları daha çox dodaqları ilə hiss etməyə çalışırlar.

Odur ki, siz də övladlarınızı qoruyun ki, bu kimi risqlərlə qarşılaşmayasız.

 


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика