Загрузка...

Qrip olanlara 3 500 dollar veriləcək

ABŞ-da qripə qarşı peyvəndin nə qədər təsirli olduğunu araşdırmaq üçün "Qrip oteli" yaradılır. Bu oteldə bilərək və istəyərək qripə yoluxmağa razı olan könüllülər qalacaq.

Publika.Az xəbər verir ki, burada qalmaq istəyənlər üçün 3 500 dollar (təxminən 5 950 manat) ödəniş ediləcəyi bildirilir.

Məlumata görə, bu oteldə qalmaq istəyənlər əvvəlcə qripə qarşı peyvənd ediləcək, daha sonra virusa yoluxdurulacaqlar.

Araşdırmanı Missuri ştatının Saint Louis universitetinin alimləri aparacaq. Oteldə qalmaq və yol xərcləri üçün könüllülərə 3 500 dollar veriləcək.

Standart otel xidməti olan mərkəzdə könüllülərlə xüsusi tibb bacıları xidmət göstərəcək. "Grip Oteli" ilə bağlı işlərə ay ərzində başlayacaq.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

SON YAZILAR

Яндекс.Метрика