Xəstəxanaya yerləşdirildiyi deyilən xalq artisti Könül Xasıyevadan xəbər var.
Yenicag.az xəbər verir ki, sənətkar xəstəxanada deyil, evdə müalicə olunduğunu deyib:
"Neçə gündür vəziyyətim yaxşı deyil. Xəstəxanaya getdim, iki-üç gündür sistem köçürürlər.
Xəstəxanada qala bilmirəm. Ona görə də evə gəldim. İndi də evdə dava-dərman olunuram. Bir yandan təzyiq, şəkər, ürək döyüntüləri, bir yandan da sinir - hamısı bir-birinə qarışıb. Halım çox pisdir".
Saglamolun.Az