Загрузка...

Şərq uzunömürlülərin 10 QIZIL QAYDASI

Şərqlilərin uzunömürlü olması dünyada bir fakt kimi qəbul olunur.

Şərq təbiblərinin və müdriklərinin uzunömürlülüklə bağlı mühakimələrinin, sağlamlığa fərdi yanaşmalarının, təbii vasitələrdən istifadə etmələrinin, şərq xalq təbabətinin möcüzələrinin bir çoxu bizə də məlumdur. Bütün bunlarla yanaşı şərq təbabəti uzunömürlü olmaq üçün 10 qızıl qaydaya riayət etməyi tövsiyə edir.

Modern.az saytı həmin tövsiyələri oxucuların diqqətinə çatdırır.

1. Hər qida qəbulundan sonra 100 addımlıq məsafə qət edin.

2. Heç vaxt alkoqoldan istifadə etməyin.

3. Bitkilərlə qidalanın və bitki mənşəli yağlardan istifadə edin.

4. Piyada gəzməyə üstünlük verin.

5. Bütün ev işlərini əllə görün, paltaryuyan, qabyuyan maşınlardan, tozsorandan imtina edin.

6. Hər gün az da olsa idmanla məşğul olmağa vaxt ayırın.

7. Mənzilinizin pəncərəsini müntəzəm açıq qoyun ki, otağınızın havası təmiz olsun.

8. Günəş vannası qəbul edin.

9. Tez yatın və yuxudan tez oyanın.

10. Xoş əhval, sevinmək və gülmək üçün bəhanə axtarın.

Belə baxanda bu qaydalar çox sadə, insandan xüsusi iradə, vaxt və vəsait tələb etməyən qaydalardır. Amma bu sadəliyin arxasında uzun və sağlam bir ömür dayanır. Sadəcə tənbəlliyi atıb şərq müdriklərinin tövsiyələrinə əməl etmək lazımdır.

İlham Cəmiloğlu

 

 

.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика