Hindistanlı Yogeş Eole bir neçə il ərzində güclü ağrılardan əziyyət çəkirdi.
Bu il mayın 25-i Krishna Hospital-a müraciət edən Yogeş müayinədən sonra təcili əməliyyata götürülüb.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, əməliyyat zamanı kişinin öd kisəsi xaric olunub. Partlamaq üzrə olan öd kisəsində ölçüsü 2-4 mm olan 4100 daş çıxarılıb.
Cərrahlar etiraf edir ki, bu günə kimi öd kisədində bu qədər daşların olmasını görməyiblər. Onların fikrinə görə, bu hadisə hətta Ginnesin Rekordlar Kitabına daxil ola bilər.
Saglamolun.Az