Elektron siqaret insanı öldürüb

38 yaşlı Florida (ABŞ) sakini elektron siqaretin partlaması nəticəsində həlak olub. Elektron siqaret kişinin əlində partlayıb və qurğunun metal hissəsləri kişinin kəlləsinə girib.

Bundan əlavə partlayış nəticəsində yanğın baş verib ki, zərərçəkmişin bədəninin 80% yanıb.

İstintaq zamanı məlum olub ki, elektron siqaret Smok-E Mountain şirkəti tərəfindən hazırlanıb.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, 2009-2016-cı illər ərzində yalnız ABŞ-da elektron siqaret 196 yanğın hadisəsinə səbəb olub. Lakin bu vaxta qədər veypin partlaması insanın tələf olmasına səbəb olmayıb.

2014-cü ildə Böyük Britaniyada oxşar hadisə baş verib. Britaniyanın Mersisayd qraflığı sakini 2014-cü ildə elektron siqaretin partlaması nəticəsinə baş verən yanğında həlak olub.  

Alimlər sübut edir ki, veypinq ürəyə çox ciddi ziyan vurur və ürək xəstəliklərinin inkişafının riskini 3 dəfə artırır.

Saglamolun.Az