Загрузка...

Dəriyə qulluq zamanı hansı səhvlərə yol veririk?

Dəriyə qulluq zamanı bəzi prosesləri doğru bilərək məhz onların tətbiqinə üstünlük veririk.

Ancaq bəzi doğru bildiyimiz yanlışlar var ki, bunlar dəriyə mənfi təsir edə bilər.

Dermatec Poliklinikasının dermatologiya üzrə mütəxəssisi dr. Ata Nejat Ertekin fikrincə, gözəlliklə bağlı doğru bilinən yanlışlar bunlardır:

- Qara nöqtələrdən bantların köməyilə xilas ola bilərsiniz. Bu,yanlışdır. Çünki qara nöqtə bantları sadəcə burundakı çirkləri təmizləyir, məsamələrdə olan qara nöqtələri çıxarmaq gücündə deyil. Bantın üzərində görünən isə səthi çirklərdir.

- Selülitləqarşı kremlər. Bu da yanlışdır. Selülitlə mübarizədə müəyyən krem və ya gellər möcüzəvi təsir göstərə bilməz. Selülitdən qurtulmaq üçün dermatoloqa müraciət edərək onun məsləhəti ilə doğru vasitələri seçmək lazımdır.

- Günəş kremi sadəcə yayda çəkilə bilər fikri yanlışdır. Günəşin yaydığı UVA şüaları (qırışlara səbəb olanlar) bütün il boyu eyni dərəcədə güclü şəkildə əks olunurlar. Siz gözünüzlə görməyə bilərsiniz amma UVB və UVA şüalarına məruz qalan dəri yaşlılıq ləkələri, qırışıqlıqlar və ya ən pis halda dəri xərçəngi kimi ciddi problemlərlə qarşılaşa bilər. Bu səbəbdən də qışda belə üzünüzə, əllərinizin dəri növünə uyğun günəşdən qoruyucu krem çəkməlisiniz.

- Yağlı cildin nəmləndiriciyə ehtiyacı yoxdur. Yanlış fikirdir. Nəmləndirici - sağlam dəri hüceyrələrinin qorunmasında əhəmiyyətli komponentdir. Yağlı dərilərin də digər dəri növləri kimi nəmləndirilməyə ehtiyacı var. Əgər dəriniz yağlıdırsa, yağsız, su əsaslı olanlara üstünlük  verməlisiniz.

- Civzəni sıxsan xilas olarsan. Yanlışdır.  Tam əksinə, civzə əsla sıxılmamalıdır. Çünki sıxıldıqda civzənin içində olan infeksiyanı və iltihabı da yaymış olarsınız ki, bunun da nəticəsində həm üzdə izlər əmələ gəlir, həm də daha da böyüyür.

- Üzünüzü nə qədər çox yusanız, o qədər yaxşıdır fikri yanlışdır. Dərinizin yağ balansı var. Hər istədiyiniz zaman dəri təmizliyi üçün üz yumaq bu təbii balansı poza bilər. Çox təmizlənən dəri qıcıqlana, yağ balansı pozulduğu üçün sağlam görünüşünü itirə bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Leyla Məmmədli

Leyla Məmmədli

Ginekologiya

Mama-ginekoloq İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика