Çox su içib komaya düşdü

22 apreldə Londonda keçirilən marafon iştirakçısı 53 yaşlı Yohanna Pakenhem komaya düşüb və az qala həyatını itirib.

Bunun səbəbi onun marafon zamanı həddindən artıq çox suyun içməsi olub.  

Marafon zamanı tərlə çoxlu su itirən və bu suyu bərpa etməyə çalışan Yohanna nə az nə çox 10 şüşə su içib.

Saglamolun.az xəbər verir ki, Yohanna finişə yaxşı nəticələrlə çatsa da evdə qadında qıcolmalar başlayıb və o, komaya düşüb. Analiz göstərib ki, çoxlu su içməyin səbəbindən onun qanında natrium kritik aşağı səviyyəyə düşüb. Nəticədə qadında nadir hal olan hiponatriyemiya inkişaf edib.

Həkimlər bir neçə gün ərzində Yohannanın həyatı uğrunda mübarizə apardıqdan sonra qadının vəziyyəti stabilləşib və o, komadan çıxıb.  

Saglamolun.Az