Qadının burnundan axanlar tibb aləmini şoka saldı

ABŞ-da bir qadın burnundan daim selik axdığı üçün həkimə müraciət edib.

Ölkə.Az xəbər verir ki, illərdir allergiya xəstəsi olduğu deyilən qadının əsas xəstəliyi hamını şoka salıb.

Hadisə Nebraska ştatında baş verib. Kendra Ceksonun burnundan daim selik axması həyatını cəhənnəmə çevirmişdi. Bir neçə dəfə həkimə gedən və dəqiq nəticə əldə edə bilməyən Cekson çıxılmaz vəziyyətə düşüb.

Axıntının getdikcə artdığını bildirən qadın yuxu yatmaqda da çətinlik çəkib. Cekson bildirir ki, 2013-cü ildə baş verən avtomobil qəzasından sonra bu vəziyyətlə üzləşib.

Sonra beyin cərrahlarına müraciət edən qadın dərdinin səbəbini öyrənib. Həkimlər bildirib ki, qadın qəza zamanı travma alıb və beyinin ətrafında olan və onu silkələnmə, zədə və s.-dən qoruyan likvor mayesi müntəzəm olaraq burnundan axmağa başlayıb.

Qadın təcili əməliyyata alınıb və problem həll olunub.

Saglamolun.Az