CİNSİ İSTƏYİ artırmaq üçün MƏSLƏHƏTLƏR

Saglamolun.az oxuculara fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir. 

Cinsi uyğunsuzluq bir çox ailələrin dağılmasına səbəb olur. Çünki tərəflərdən birində istək olmaması digər tərəfin şübhələrinə səbəb olur, ona qarşı istəksizlik kimi qiymtləndirir və ailə problemi dərinləşir.

Aşağıda bir neçə məsləhətlər yazıram hansı sizə uyğundursa onu edə bilərsiniz.

1. Əsəb, stress, fikir çəkmək kimi hallar aradan qaldırılmalıdır.

2. 200 qram jenşen tozu və 1 kq baldan məcun hazırlayıb gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı yeyin.

3. 50 qram zəncəfil tozu, 100 qram eleutrokokk tozu, 50 qram biyan kökü tozu, 50 qram çiçək tozu və 1 kq baldan məcun hazırlayıb gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı yeməli.

4. 100 qram güldəfnə tozu, 100 qram güləm, 100 qram xurma, 1 kq baldan məcun hazırlayıb gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeməli.

5. Kürəkdən 6, beldən 4 yerdən həcəmət etdirmək cinsi istəyi artırır.

6. 10 ədəd keçibuynuzu meyvəsi əldə qırılır 3 stəkan suda 10 dəq vam odda qaynadıb 1 saat sonra süzüb gündə üç dəfə yeməkdən əvvəl bir stəkan için

7. 100 qram turp toxumu, 100 qram kərəviz toxumu, 50 qram güləm, 1 kq baldan məcun hazırlayıb gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeməli

8. 300 qram badam, 300 qram qoz, 300 qram kedra toxumu, 300 qram kişmiş, 1 kq bal götürülür. Hamısını blenderdən keçirilir, bal əlavə olunur, qarışdırılır. Qarışıqdan gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı olmaqla yeməli

9. 5 ədəd xurma, 3 xörək qaşığı kişmiş, 5 ədəd qoz 3 stəkan təbii inək südü. Hamısı bir birinə qarışdırılır, 1 gün soyuducuda saxlanılır, sonra blenderlə əzilir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içməli.

10. Gündə 2 ədəd banan yemək faydalıdır

11. 20 qram səhləb 1 gün 2 stəkan südün içində saxladıqdan sonra blenderdən keçirib 1 çay qaşığı darçın tozu 5 ədəd mixək tozu qarışdırıb gün ərzində içməli.

12. Sonda xatırladım ki, qoz kişmiş fındıq badam Hindistan qozu, ud hindi, qarazirə, istiot, pul bibər tozu, kök toxumu, bal bəkməz biyan kökü, cirə dəfnə toxumu, dəmirtikanı, gicitkən toxumu,güldəfnə (hilba) kimi bitkilər cinsi istəyi artırırlar. Qoç əti yemək, kərə yağı yemək siqaret və alkoqolu tərgitmək lazımdır.

Saglamolun.Az