Dikdaban ayaqqabı 6 aylıq körpənin ölümünə səbəb oldu

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda toy mərasimi zamanı bədbəxt hadisə baş verib.

Hindistanın Mumbay vilayətinin yaxınlığındakı Kalyanda keçirilən toy mərasiminə qatılan 23 yaşlı Femida Şaik adlı qadın dikdaban ayaqqabı ilə eyvanda gəzərkən müvazinətini itirib və qucağındakı 6 aylıq Məhəmməd eyvandan yerə düşüb.

Onurğası sınan 6 aylıq uşaq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Saglamolun.Az