Moskvanın tanınmış klinikasında plastik əməliyyatlardan sonra 3 qadın ölüb - Foto

Son 2 həftə ərzində Moskvanın ən tanınmış və bahalı kosmetik klinikalardan biri olan "Medlanj" klinikasında 3 qadın plastik əməliyyatdan sonra (burun və süd vəzi plastikası) həyatını itirib.

Daha 3 qadın hal hazırda reanimasiyaya yerləşdirilib, onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Ölən qadınlardan biri 29-yaşlı Marina Kuşkova burun əməliyyatından sonra özünü birdən birə pis hiss edib, təzyiqi kəski qalxıb, böyrəklərdə, beyində ağır pozulmalar inkişaf edib. Qadın ağır vəziyyətdə Sklifosovskiy adında İnstituta çatdırılıb və aprelin 25-də ölüb.

Saglamolun.az rus KİV-lərinə istinadla xəbər verir ki, ölən qadınların 3-də də eyhi hal - ürəyin reflektor dayanması qeyd olunub.

Hal hazırda klinika işləmir, istintaq gedir, müxtəlif versiyalar yoxlanılır. Versiyalardan birinə görə, əməliyyat zamanı keyfiyyətsiz dərmanlardan istifadə olunub və məhz onlar qadınların ölümünə səbəb olub.

Marina Kuşkova əməliyyatdan əvvəl

Saglamolun.Az