Загрузка...

Bakı metrosundakı dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR

Dünən Bakı metropolitenində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, Nəsimi rayonu ərazisində - metronun "28 May” stansiyasında sərnişinlərin gözü qarşısında özünü qatarın altına ataraq intihar edən Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı ailəli olub. O, 2 uşaq anası imiş.

Bildirilir ki, Ruhəngiz Səfərova son vaxtlar psixoloji problemlər yaşayırmış və səhhətində bu səbəbdən narahatlıqlar yaranıbmış. O, Lənkəranda doğulsa da, uzun müddətdən bəri Bakıda yaşayıb.

Qeyd edək ki, dünən bəzi saytlarda Ruhəngiz Səfərovaya aid olduğu iddia edilən foto yayılıb. Qeyd edilib ki, onun üzərindən məktub tapılıb. Eyni zamanda bildirilirdi ki, guya R.Səfərovanın atası onu Fərrux adlı şəxsə ərə verdiyi üçün özünü öldürüb. Lakin ilkin istintaq zamanı bu iddialar təsdiqini tapmayıb və tamamilə yanlış olduğu üzə çıxıb. Vəfat etmiş qadının qohumları yayılan bu yalan məlumatlara son qoyulması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика