Azərbaycanlı aktrisadan kövrək ETİRAF: Əvvəl yoldaşım idi, indi isə düşmənimdir - FOTO

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Məsumə Babayeva Milli.Az-a açıqlama verib.

Aktrisalar arasında ilk avtomobil idarə edən xanım kimi adını tarixə yazdıran sənətçi hazırda avtomobilə nifrət edir. O, bunu belə əsaslandırıb:

"İlk avtomobilimi həyat yoldaşımla birlikdə almışdım. Elə oldu ki, yoldaşım xəstələndi, ailənin ağırlığı mənim üzərimə düşdü. Sürücülük vəsiqəsi alıb, yoldaşımı həkimə, uşaqlarımı isə dərsə aparırdım.Teatra, məşqlərə də maşınla gəlirdim. Maşını çox sevirdim, indi isə nifrət edirəm. Nəvəm avtomobil qəzasında dünyasını dəyişəndən sonra maşına əzrail kimi baxıram. Maşın nəinki mənim nəvəmin, bir çox insanların həyatına son qoyub. İndi maşınsızam, avtobusla gedib-gəlirəm. Vaxtilə mənə yoldaş olan maşın, indi mənim düşmənimdir. Bundan sonra heç vaxt avtomobil idarə etməyəcəyəm".

Saglamolun.Az