Загрузка...

Bu adi və ucuz məhsul ürək üçün ən faydalısıdır. Hər gün yeyin!

Yüksək arterial təzyiq (hipertoniya) bütün dünyada ürək-damar xəstəliklərinin və ölümün əsas səbəbidir.

Hipertoniya infarkt və insult kimi ağır pozulmaların başlıca risk faktoru sayılır.

American Journal of Hypertension-da dərc olunmuş yeni araşdırmanın müəllifləri sübut edir ki, qatığın (yoqurt) müntəzəm istehlakı hipertoniya xəstəlikdən əziyyət çəkən insanlar arasında ağır ürək-damar xəstəliklərinin və həmçinin insult və infarktın riskini xeyli azaldır.

Saglamolun.az xəbər verir ki, araşdırmada yüksək təzyiqdən əziyyət çəkən 72 min insan iştirak edib. Araşdırma zamanı bu insanların qida rasionu və onlarda inkişaf edən ürək-damar xəstəlikləri haqqında məlumat toplanırdı. Alimlər bu məlumatları 30 il ərzində toplayırdı.

Nəticədə məlum olub ki, qadınlarda  qatığın müntəzəm qəbulu infarktın riskini 30%, kişilər isə 19% azaldır.

Alimlər sübut edir ki, həftədə 2 dəfə qatıq yeyən insanlarda insultun riski 20% azalır. Qatığın daha tez-tez qəbulu riski daha da azaldır.

Alimlər qatığı həm ayrı, həm də meyvə və tərəvəzlər, yulaf yarması, qarabşaq, təmizlənməmiş düyü və s. tamdənli bitkilərlə qəbul etməyi tövsiyə edir.  


Saglamolun.Az

.
Загрузка...
. .

.

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика